Yeraltı və yerüstü keçidlərdən niyə az istifadə edilir?
Piyadalar üçün ən təhlükəsiz yol yeraltı və yerüstü keçidlərdir.
Çox təəssüf ki, belə yerlərdən ya piyadalar istifadə etmir, ya da az istifadə edirlər. Ona görə də son vaxtlar Bakıda və digər şəhərlərimizdə piyadavurma halları daha da çxalıb.
Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin 50 faizindən çoxu piyadavurma ilə bağlıdır.Aparılan təbliğat işlərinə, körülən profilaktik tədbirlər baxmayaraq, hadisələr artmaqda davam edir. Şubhəsiz bu da ictimaiyyəti və yol polisini çox narahat edir.
Adamın ürəyi ona görə ağrayır ki, bir çox piyadalar Bakının Heydər Əliyev, Hava Limanı, Ziya Bünyadov prospektlərindən hərəkətin sürətli və intensiv olduğu yerlərdə belə piyadalar təyin olunmuş yerdən deyil, avtomobil yolundan keçirlər.
Bu da çox vaxt ya ölûmlə, ya da ağır xəsarətlə nəticələnir. Bəs çıxış yolu nədən ibarətdir?! Bunun bir yolu var: yol hərəkəti qaydalarına əməl etmək, yeraltı və yerüstü keçidlərdən istifadəyə önəm vermək!
Emil Faiqoğlu
Digər Xəbərlər
29 Dekabr 2025 15:15
Yollar buz bağlayacaq - Xəbərdarlıq
29 Dekabr 2025 14:58
Arzu və Alena Əliyevalar “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə
29 Dekabr 2025 14:42
MİDA-nın 3 dekabr onlayn satışının nəticələri ləğv edilə bilər?
29 Dekabr 2025 14:07


Bakı -°C

