Dünya Qarabağlı: Vəfalı dostlarım vəfasız olub
Çox sayda dostlarım var idi mənim,
O dostlarım məndən gen düşübdülər.
Salam da vermirlər qarşılaşanda,
Deyəsən,məndən çox bərk küsübdülər.
Səbəbin özümdə bilmirəm bunun,
Allah aydın etsin hər şeyin sonun.
******
Dünən ki,dostlarım düşmən olubdu,
Qalıblar nahaqla haqq arasında,
Yalana inanan,söyləyən qədər,
Cəzasın çəkəcək Haqq qarşısında.
Səbəbin özümdə bilmirəm bunun,
Allah aydın etsin hər şeyin sonun.
******
Mən elə bir yersiz iş görmərəm ki,
Ya mənə toxuna,ya dostu əyə.
Mən düşünülməmiş addım atmaram,
Ya şənə toxuna,ya dosta dəyə.
Səbəbin özümdə bilmirəm bunun,
Allah aydın etsin hər şeyin sonun.
******
Mənim dostlarıma məsləhətimdir,
Səbəbin bilmədən küsməyə dəyməz.
Günahsız insana günahkar deyib,
Dostluq bağlarını kəsməyə dəyməz.
Səbəbin özümdə bilmirəm bunun,
Allah aydın etsin hər şeyin sonun.
******
Haqsızlıq eylədiz siz mənə qarşı,
Bir gün bu haqsızlıq sizə dəyəcək.
Sizin etdiyiniz dönüb ac qurda,
Hardasa,nə vaxtsa sizi yeyəcək.
Səbəbin özümdə bilmirəm bunun,
Allah aydın etsin hər şeyin sonun.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24
Gülməli deyil! - Tərlanə Yaqubqızı yazır
01 Aprel 2026 13:26


Bakı -°C

