Şəhid atası Allahın dərgahına qovuşdu...
Biz həmişə şəhidlərimizlə fəxr eləmişik. Onları böyüdən ata-ana çox böyük insanlardır.
Füzuli rayonunun Böyük Bəhmənli kəndindən olan şəhid Elçin Süleymanovun atası Tehran qardaşımız da belə gözəl insanlardan biri idi. O, oğlu Elçinin dərdinə dözə bilmədi və fevralın 18- də Böyük Bəhmənli kəndində Allahın dərgahına qovuşdu! Fevralın 19- da isə onu kənd qəbiristanlığında dəfn etdilər.
Şəhid atasını son mənzilə minlərlə insan yola saldı. İynə atsan adam əlindən yerə düşməzdi. Şəhidlərə və onların ailəsinə bu xalqın məhəbbəti sonsuzdur. Şəhid atasının qardaşı Təbriz Süleymanov dəfnində iştirak edənlərə öz minnətdarlığını bildirdi, dedi ki, bəhmənlilər siz , mənim qardaşımı son mənzilə çox böyük çoşqu ilə yola sadınız və heç bir əldə olmayan həmrəylik göstərdiniz!
Bundan həm şəhid Elçinimizın, həm də qardaşımın ruhu şad oldu! Allah sizə toy qismət eləsin, biz də balalarınızın toyunu gələrik!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
01 Oktyabr 2026 18:59
Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib?
01 Oktyabr 2026 11:58
Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı
01 Oktyabr 2026 10:12


Bakı -°C

