adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Mart 2024 18:44
1835
MƏMLƏKƏT

Novruz süfrəsi...

Artıq Novruz qapımızi döyür.

Bu bayram xalqımızın tarixində uzun illərdir yaşayır və digər bayramlardan  fərqli olaraq  Novruzlu günləri hər bir azərbaycanlı yüksək səviyyədə keçirmək istəyir! Amma il ildən daha çətin olur və bayram ərəfəsində hər şeyin qiyməti daha da bahalaşır. Bu günkü bazar qiymətilə hər hansı bir ailənin bayram süfrəsi açmasına ən azından 300-350 manat pul lazımdır.

Təbii ki, buna da hər admın  maddi  imkanı yoxdur! Onda belə çıxır ki, heç də bütün insanlar bayramı ürəkləri istədikləri kimi keçirə bilməyəcəklər! Aydındir ki, bayram süfrəsini  açmağa ət, yağ ,şəkər tozu, qoz , fındıq, badam ləpəsi və müxtəlif meyvələr lazımdır! Hələ biz ünü, yumurtanı, xamanı  demirik! Sabalıdın qiyməti 10 manatdan aşağı düşmür.  

Şəkərbura, badambura, paxlava, qoğal bişirməyə bir ətək pul lazımdir! Nə isə... Deyib camaatın qanını qaraltmayaq. Qoy bayramda hamının süfrəsində sadaladığımız nemətlər olsun!  Bütün insanların qazanı qaynasın və üzü gülsün.  Və xalqımız Novruzu  böyük sevinclə qarşılasın! Bir daha bayramınız  mübarək!!!

Emil Faiqoğlu