adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Mart 2024 19:50
1698
MƏMLƏKƏT

Gücləndirilmiş iş rejimində işləyəcəklər...

Həmişə  bayram günlərində polis, o cümlədən yol polisi gücləndirilmiş iş rejimində işləyirb və işləyir!  

Novruz bayramında da  yol polisi  yenə bu rejimdə calışacaq. Onlar hərəkətin təhlükəsizliyini təmin etmək üçün   bütün qüvvələrini səfərbər edəcək.

Yol Patrul Xidməti Alayının  12-ci tağımının əməkdaşları da  Hacıqabul - Bəhamtəpə  avtomobil yolunda  hərəkət iştirakçılarının  mənzil başına rahat getməsi üçün  lazımi şətaiti yaradacaqlar! 12- çi tağımın komandiri, polis mayoru Namiq Əzizov deyir ki, butün bayramlarda olduğu kimi Novruzda da  sərnişinləri və sürücülərin  təhlükəsizliyi üçün bütün qabaqlayıçı tədbirlər öncədən həyata keçiriləcək. Ən başlıcası odur ki, sürücülər yol polisinin tövsiyələrini yerinə yetirsin və yol hərəkəti qaydalarına əməl etsinlər!  Hər bir sürücü düşünməlidir ki, o özü iləyanaşı , digər insanların da  həyatına cavabdehdir.

Bunları anlayan sürücülər heç vaxt qəza törətməz! Ümumiyyətlə, əsas məsələlərdən biri sürət həddinə əməl etməkdır. Başqa sözlə demiş olsaq, qaydaları pozmamaq ən yaxşı çıxış yoludur!Mən fürsətdən istifadə edib bu bayram günlərində cansağlığı arzulayıram! Onlar yol gedərkən heç vaxt qəza keçirməsin və ailələrinin yanına sağ- salamat çatsınlar! Göründüyü kimi, yol polisi də hərəkət iştirakçılarına uğurlar arzulayır! Bircə qalır,  bayram günləri sürücülərin yol hərəkəti qaydalarına duzgün əməl etməsinə və bu da onlardan asılı olan   işlərdir. Yəni sadəcə olaraq yol hərəkəti qaydalarına əməl etmək lazımdir!

Emil Faiqoğlu