adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Mart 2024 15:12
2403
ELM VƏ TƏHSİL

Baharınız mübarək!

Novruz bayramı əsrlərin qoynundan süzülüb gələn milli el bayramımız kimi artıq neçə onillərdir hər birimizin mənəvi ehtiyacına çevrilib. Hər il mart ayında necə ki, torpaq oyanır, ağaclarda çiçəklər puçurlanır, eləcə də bizim əhvalımızda oyanış baş verir, ovqatımız misli görünməmiş dərəcədə durulur. Bu, cəmiyyətimizə də müsbət təsirlər verir və hər bir sahədə xüsusi canlanma yaranır. 

Bu gün Abşeron rayonunda da təbiətlə insanın ruhu eyni ovqatda cilalanır. Rayonda görülən quruculuq işləri, atılan addımlar həm dövlətçilik işinin bir hissəsidir, həm də cəmiyyətə olan diqqət kimi təzahür edir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abidin Fərzəliyevin rəhbərliyi altında son vaxtlar Abşeron sözün həqiqi mənasında əsrarəngiz gözəlliklərə qərq olub, rayon simasını dəyişib, aparılan abadlıq və quruculuq işləri bütün istiqamətlərdə göz oxşayır. Bu da o anlama gəlir ki, kadr yerində olanda rayon gözəllik diyarına çevrilir. 

Bu gün Abşeronda təkcə quruculuq işləri deyil, sosial inkişaf da əhalinin razı qaldığı nüanslar kimi diqqət çəkir. Rayonda şəhid ailələri, ehtiyaclı insanlar, qayğıya möhtac şəxslər xüsusi diqqətdədirlər. Həssas qruplar olan bu insanlara qayğı Abşeron RİH-nin əsas proqramıdır və bu istiqamətdə lazımi addımlar atılır.

Bu da cənab Abidin müəllimin bütünlükdə Abşeron əhalisinə olan diqqət və qayğısının əyani sübutudur.

Bu gün Abşeronda təhsil işi də günün reallığı kimi səciyyələnir. Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə xanım Abdullayevanın rəhbərliyi ilə burada təhsil məsələləri vaxtında, ürəkaçan şəkildə həyata keçirilir. Nəticədə, rayon təhsili dinamik addımlarla irəli gedir, bu, şagird-müəllim və cəmiyyət işində mühüm rol oynayır. Bunu Abşeron rayon Xırdalan şəhər 10 nömrəli tam orta məktəbindəki təhsil uğurları ilə də isbat etmək olar. Məktəbin direktoru Fəxriyyə Hüseynovanın diqqəti altında adıçəkliən məktəbdə təhsilin inkişafı başlıca və prioritet məsələ kimi daim gündəmdədir. Bu gün Abşeron təhsili haqqında danışarkən, mütləqdir ki, adını çəkdiyimiz məktəbin uğurlarınl sadalamalı və bununla qürur duymalıyıq. Bəli, bu gün məktəbdə milli təhsil Novruz timsallıdır və qəlblərə rahatlıq nəsib edir.  

Bu günlərdə Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar möhtəşəm bir tədbir keçirildi, orada rayonu əhatə edən bütün sahələrdəki inkişafla bağlı bəzi nüanslara toxunuldu, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş edildi. Həmin tədbir həm rayonun icra başçısının, həm təhsil idarəsinin, həm də məktəblərin cəmiyyətə bir diqqət simvolu kimi yadda qaldı, iştirakçılarda sosial ovqatı yüksəltdi. Hamı əmin oldu ki, bacarıqlı kadrlar olan yerdə heç bir geriləmədən söhbət gedə bilməz, əksinə, inkişaf bütün çətinliklərə qalib gələr.

Bu gün Abşeron sözün əsl mənasında çiçəklənir, inkişaf zəruri hal kimi öndə gedir, sosial məsəslələr aydın üfüqlüdür. Bu da layiqli kadrların olması ilə şərtlənir.

Bəli, Novruz xalqımızın milli bayramıdır. Bu bayram hazırda da rayonun sosial həyatında milli ovqat kəsb edir. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abidin Fərzəliyevi, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayevanı, Abşeron rayon Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru Fəxriyyə Hüseynovanı ürəkdən təbrik edir, uğurlar arzulayırıq. 

Əminik ki, Novruz daim Abşeron ictimaiyyətinə uğur gətirəcək. Çünki bu rayonun yuxarıda dediyimiz kimi, bacarıqlı kadrları, xalqa sevgisi güclü olan insanları var. 

Elnurə İsgəndərova,
Abşeron rayon, Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbin direktor müavini, "Xan qızı Nətavan", "İlin müəllimi", "Qızıl Qələm" media mükafatı laüreatı.