Gəncədə "Strateji Marketinq Forumu" keçirilib - FOTOLAR
9 iyun tarixində Gəncə şəhərində Azərbaycan vəTürkiyə Biznes Group MMC- nin direktoru Teymur Əliyev və RG Logo Creative Agency -nin direktoru Şükufə Ramizqızının birgə təşkilatçılığı ilə "Strateji Marketinq Forumu" keçirilib .
Forumda Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov ADAU-nun ikili diplom program rəhbəri Lamiyə Telman Qızı Quliyeva Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin bir sıra səlahiyyətli şəxsləri də iştirak etmişdir.
Forum ölkənin özəl və dövlət ali təhsil müəssisələrinin 100-ə yaxın aparıcı dövlət qurumu, özəl şirkət və müəssisələr ilə gələcək istedadların görüşdüyü bir platforma olmağı hədəfləyir.
Forumun keçirilmə məqsədi, ölkəmizin ali təhsilini başa vurmaqda olan bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan sonuncu kurs tələbələri və məzunların öz ixtisaslarına uyğun olaraq, Sosial Media Marketinq haqqında təlimə yiyələnərək rahat iş imkanları əldə edə bilmələrinə təkan verməkdir
Bu forum, marketinq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən gənc mütəxəssislər üçün unikal fürsətlər yaradır.
Forumun sonunda iştirakçılara sertifikatlar verilib, xatirə şəkilləri çəkilib.
Xüsusi olaraq , tədbirimizə dəstək göstərən Millət vəkilimiz Pərvin Kərimzadə xanıma, Azərbaycan vəTürkiyə Biznes Group MMC- nin direktoru Teymur Əliyev , ADAU, AzTU, GDU - rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Digər Xəbərlər
23 May 2026 17:21
Braziliya ətinə qadağa: Hansı qərar veriləcək? - VİDEO
22 May 2026 10:55
"Bitcoin" yenidən ucuzlaşdı
21 May 2026 13:30
Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ
21 May 2026 11:10
“Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da...”
20 May 2026 21:07
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
20 May 2026 11:17
Apreldə 174 minə yaxın insan aylıq sosial müavinət alıb
20 May 2026 10:24
"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." - Mikayıl Cabbarov
20 May 2026 10:19


Bakı -°C

