17 Iyun 2024 15:49
702
MƏMLƏKƏT

İsti havalar sürücüləri...  

Qurban bayramı günlərində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər.

Heç şübhəsiz, bütün bunlar yol hərəkətinin təhlükəsizliyinə xidmət edir. Çünki aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq həmişə bayram günlərində respublikamızın avtomobil yollarında ağır qəzalar qaçılmaz olur. Məhz bu hadisələr görə, Yol Patrul Xidməti Alayının bütün tağımları da yol hərəkətinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır! Amma buna baxmayaraq yenə görürsən ki, bəzi sürücülər qaydaları pozur, başqa hərəkət iştirakçıları üçün qəza vəziyyəti yaradır,bir sözlə, özlərinin və digərlərinin həyatına təhlükə törədirlər. Əlbəttə, hərəkətin təhlükəsizliyi təkcə yol polisindən  bütün hərəkət iştirakçılarından asılıdır. Sürücünün, ya da piyadanın səhv bir çox halda  ölümlə nəticələnir!          

Bu mənada Yol Patrul Xidməti Alayının əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür və onlar  bu işin ağırlığını yaxşı anlayır , bu vəzifə borcunu vicdanla yerinə yetirirlər.  Belə  məsuliyyəti tağımlardan biri də Hacıqabul - Horadiz avtomobil yolunda xidmət aparan 12- çi tağımın əməkdaşlarıdır. Qarabağ, o cümlədən Füzuli, Cəbrayıl, Hadurt, Şuşa,Zəngilan, Laçın işğaldan azad olunandan sonra həmin istiqamətlərdə  hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti daha da intensivləşib.Bax belə durumda  qəzaların və yol- nəqliyyat hadisələrinin  qarşısını almaq üçün tağım əməkdaşları qabaqlayıcı tədbirlər görür, isti havalarda sürücüləri stasionar postda saxlayaraq onlarla səmimi söhbətlər edir, yorulanları posta dəvət edərək əl- üzlərini soyuq su ilə yumalarını və dincəlmələrini məsləhət bilir. Yol  polisinin belə insanpərvər hərəkətini sürücülər yüksək qiymətləndirir və onlara təşəkkür edirlər. Bayram günlərində yollarda mənzil başına gedən hərəkət iştirakçıları belə xoş anlardan razı qalırlar.

12-ci tağımın komandiri Namiq Əzizov bizimlə söhbətində dedi ki, bizim əsas  vəzifəmiz  hərəkətin təhlükəsizliyini təmin etməkdir. Xidmət apardığımız avtomobil yolunda qəza  baş verməyəndə  rahat nəfəs alırıq! Hərəkətin təhlükəli  və qəza   vəziyyəti mövcud olan yerlərə əlavə naryad göndəririk! Sirr deyil ki, sərt döngələrdə bəzi sürücülər diqqətsizlik edir və idarəetməni itirir.

Bu isə ağır qəza və ölüm deməkdir! Ona görə də həmin yerləri həmişə diqqət  mərkəzində saxlayırıq. İndi bayram günləridir , yollarda da nəqliyyat vasitələri çoxdur, havalar da  isti keçir. Buna görə də hər bir sürücü daha diqqətli olmalı, kondisionersiz  avtomobillə mənzil  başına getməməli, birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidirlər!

Emil Faiqoğlu