25 Iyun 2024 15:18
372
MƏMLƏKƏT

Daxili bazar niyə qorunmur...  

Dünyanın bütün ölkələrində bahalıq olmasın deyə daxili bazar qorunur.

Yeni ilk növbədə istehsal olunan məhsul yerli əhalinin tələbatını ödəyir və bununla qiymət artımının qarşısı alınır. Bu ehtiyacı ödəniləndən sonra artıq məhsullar digər ölkələrə ixrac  olunur! Bizdə isə bu məsələlər tamamilə ilə fərqli bir tərzdə həll olunur.

Məsələn, bu gün ölkə bazarlarında pomidorun, gilasın , albalının , eləcə də  digər bostan- tərəvəz məhsullarının, meyvələrin  qiyməti çox   bahadır. Çünki adını çəkdiyimiz məhsullar Rusiya bazarlarına ixrac olunur. Təbii ki, belə olanda yerli bazarda hər ayaq şeyin qiyməti kəllə- çarxa qalxır.

Bəs daxili bazara nəzarət edən qurumlar hara baxır! Gilasın mövsümünün başa çatmasına az vaxt qalır, amma onun bir kiloqram 5- 6 manatdır. Adam var bahalıq üzündən hələ gilas alıb yeyə bilmir!  Bax buna görə məsuliyyət adiyyatı qurumların üzərinə düşür. Heç şübhəsiz ki, lazımi qurumlardaxili bazara nəzarət etsə, ölkədə bu qədər bahalıq olmazdı!

Emil Faiqoğlu