Bəzi rayonlarda çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
![](https://adalet.az/uploads/img/posts/2024/06/28/2jpg-1719584627.jpg)
Sabah Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrində Çaylarda gözlənilən daşqın və sellə bağlı xəbərdarlıq edilib.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Məlumata görə, həmin bölgələrə leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır. Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.
“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”, - o bildirib.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/06/30/43jpg-1719738334.jpg)
Sabahın hava proqnozu AÇIQLANDI
![](https://adalet.az/uploads/img/posts/2024/06/29/38jpg-1719658154.jpg)
Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək
![](https://adalet.az/uploads/img/posts/2024/06/28/16jpg-1719564449.jpg)
"Artıq torpaq satan bələdiyyə anlayışı yoxdur" - Komitə sədri
![](https://adalet.az/uploads/img/posts/2024/06/28/9jpg-1719562846.jpg)
Əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək
![](https://adalet.az/uploads/img/posts/2024/06/28/6jpg-1719562438.jpg)
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr
![](https://adalet.az/uploads/img/posts/2024/06/28/2jpg-1719551327.jpg)
Çimərliklərdə daha çox harada boğulma halları olur? - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/06/27/11jpg-1719499615.jpg)
İsmayıllı-Lahıc yolu yenidən bağlandı - VİDEO + YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/06/27/19jpg-1719488053.jpg)