Sabahın hava proqnozu AÇIQLANDI
![](https://adalet.az/uploads/img/posts/2024/06/30/43jpg-1719738334.jpg)
İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/1jpg-1719928340.jpg)
Yasamalda Miкayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunur - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/6jpg-1719918594.jpg)
Azərbaycanda ildırım-dolu hadisələrinin baş vermə intensivliyi artıb
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/18png-1719913512.png)
Sabah Bakıda yağış yağacaq
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/16jpg-1719913142.jpg)