"BakıKart"ın adından dələduzluq:Nəqliyyatdan pulsuz istifadə...
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/24jpg-1719934116.jpg)
“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Məlumata əsasən, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2023/07/05/kjpg-1688540713.jpg)
Rusiya işğalına qarşı Ağsu döyüşü: 106 ilin gizlinləri
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/4jpg-1720165711.jpg)
Vətəndaşın evinə zərər vuran şirkətin söküntü işləri dayandırıldı
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/25jpg-1720163734.jpg)
İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak etdi
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/23jpg-1720163070.jpg)
Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək - FOTO
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/18jpg-1720162421.jpg)
İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/2jpg-1720159101.jpg)
Xankəndidə “Qarabağ” və “Palace” hotellərinin açılışı oldu - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/7jpg-1720159974.jpg)
Naxçıvan Ali Məclisində nöqsanlar aşkarlandı
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/4jpg-1720159373.jpg)