İran səfirliyi Azərbaycana təşəkkür etdi
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/20jpg-1719933390.jpg)
İranın Azərbaycandakı səfirliyi İranda 28 iyunda keçirilən prezident seçkiləri ilə əlaqədar yaradılan şəraitə görə Azərbaycana dərin minnətdarlığını bildirib.
Adalet.az-ın məlumatına görə, bu barədə İran səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi 14-cü prezident seçkilərinin birinci turunda Azərbaycanda yaşayan iranlıların iştirakını yüksək qiymətləndirməklə yanaşı, sözügedən seçkilərin keçirilməsi üçün münasib şəraitin və platformanın yaradılmasında göstərdiyi əməkdaşlığa və yardıma görə Azərbaycan Respublikası hökumətinə dərin minnətdarlığını bildirir.
İran səfirliyi bildirib ki, Azərbaycan hökumətinin razılığı ilə 14-cü prezident seçkilərinin ikinci turu, 2024-cü il iyulun 5-də saat 8:00-dan 18:00-dək, Şərifzadə küç. 269 ünvanında yerləşən səfirliyin konsulluq şöbəsinin binasında keçiriləcək.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/6jpg-1720165966.jpg)
Sadır Japarov Azərbaycana yola düşdü
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/1jpg-1720164141.jpg)
Aqiyə Naxçıvanlı: “Azərbaycan ŞƏT-ə üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də..."
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/3jpg-1720103272.jpg)
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/30jpg-1720100862.jpg)
Prezident: Bu qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/26jpg-1720100544.jpg)
COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik - Prezident
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/28jpg-1720100601.jpg)
İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/23jpg-1720097132.jpg)
Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/21jpeg-1720096202.jpeg)