28 Iyun 2024 12:46
391
MƏMLƏKƏT

"Artıq torpaq satan bələdiyyə anlayışı yoxdur" - Komitə sədri

"Bu gün artıq torpaq satan bələdiyyə anlayışı yoxdur".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov sonuncu plenar iclasında çıxışı zamanı deyib.  

O bildirib ki, bu gün torpaqlarla bağlı bələdiyyələrə xəritə verilməyib: “Belə olan halda bələdiyyə hansı torpaqları sata bilər?!”.

Komitə sədri əlavə edib ki, oktyabrdan bələdiyyələrin birləşməsi başlayacaq.