29 Iyun 2024 09:26
252
DÜNYA

İranda seçki qutularını daşıyan maşına hücum: ölənlər var

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.

Adalet.az “Tasnim”ə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin 2 işçisi həlak olub.

Məlumata görə, hadisə zamanı daha 5 nəfər yaralanıb.

Qeyd edək ki, İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.