01 Iyul 2024 11:55
275
DÜNYA

Ailəsi Baydeni mübarizəni davam etdirməyə çağırır

İlk debatda uğursuzluqla qarşılaşan Co Baydenin ailəsi, onu seçki marafonunu davam etdirməyə  inandırmağa çalışır.

 Bu barədə, mənbələrinə əsasən məlumat verən CNN telekanalı bildirir ki, ailə yığıncağı Kemp-Devitdəki prezident iqamətgahında toplaşaraq, Baydeni mübarizəyə davam etməyə inandırmağa çalışırlar və birmənalı olaraq onun arxasında duracaqlarına əmin edirlər.

 "Ailə, prezident Baydeni Trampla depata hazırlayan komandadan narazı qaldıqlarını bildirib və əsas məsləhətçilərdən kimlərinsə vəzifədən çıxarılmasını, eyni zamanda şirkətin ştat cədvəlində dəyişikliklər edilməsini məsləhət biliblər"- deyə mənbə telekanala bildirib.

The New York Times qəzeti yazır ki, Co Baydenə prezident marafonunda qalıb iştirak etməsi ilə bağlı son qərarına yalnız  onun xanımı Cill Bayden təsir edə bilər. Telekanalın əldə etdiyi məlumata görə, Bayden ailəsindən heç kim "prezidentin uzun siyasi karyerasının Atlanda səhnəsində sona çatmasını istəmir". 

  ABŞ-da, adətən prezidentliyə namizədlərin debatı şou xarakteri daşıyır. Bu debatlarda əsas məsələ təqdim etmə formasıdır. İndiki mərhələdə isə seçiciləri namizədlərin fiziki və əqli vəziyyətlərinin hansı mərhələdə olduğu daha çox maraqlandırıdı.  Əksəriyyət ekspertlərin fikirincə, Bayden bu debatda təkcə fiziki durumunun yaxşı olmaması ilə deyil, eyni zamanda qarşısında Tramp kimi peşəkar  "şoumenin" dayanmasına görə də, qalib gəlmək şanslarlnın olmadığını açıq şəkildə nümayiş etdirdi. 

  Debatın təşkilatçısı CNN-nin apardığı sorğuların nəticələrinə görə, ilk debatda Tramp səsverənlərin  67- nin 33-ə nisbət faizi ilə qalib gəldi.

  Rüstəm Hacıyev