İlham Əliyev Qazaxıstana səfər etdi
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/52jpeg-1719995748.jpeg)
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.
Adalet.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşıladılar.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/1jpg-1720197620.jpg)
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/36jpg-1720189554.jpg)
İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/32jpg-1720189125.jpg)
Prezident Hakan Fidanı qəbul etdi - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/29jpg-1720188156.jpg)
Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/28jpg-1720188115.jpg)
Hikmət Hacıyev Şuşadan video paylaşdı
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/16jpg-1720187309.jpg)
İlham Əliyev: Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri Türk dünyasıdır
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/38jpg-1720177873.jpg)
İlham Əliyev Şuşada TDT-nin Baş katibini qəbul edib - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/05/1jpg-1720185419.jpg)