Ali Məhkəmənin hakiminə yeni vəzifə verildi
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/43jpg-1719993254.jpg)
Ali Məhkəmənin hakimi Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyənin Dokuz Eylül Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan V.Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.
V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
Azərbaycan Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/2jpg-1720103209.jpg)
Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb
![](https://adalet.az/uploads/img/posts/2024/07/04/41jpg-1720081326.jpg)
"Toplum TV" işi üzrə saxlanılan daha bir nəfərin həbs müddəti uzadılıb - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/03/18jpg-1720004141.jpg)
Baş Prokurorluqdan həbs edilən xanım direktorla bağlı AÇIQLAMA
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/28jpg-1719837269.jpg)