01 Iyul 2024 13:55
338
ƏDƏBİYYAT

"Notariat Sirri" povestini Əlisəfa Azayev yazıb

 Bu  gün, yəni  1 iyul 1951  -ci  ildə Kürdəmir  rayonunun Qaramahmudlu  kəndində  dünyaya  gələn  Əlisəfa Azayev ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlayıb. Onun “Yeddi il sonra”, “Çin qızıl gülü”, “Gözlənilməz hadisə”, “Sirli qətl”, “Amansız qatil”, “Qürbət ellərdə”, “Bayıl məhbusu”, “Sahildə qətl”, “Vahimə”, “Kürdəmir şəhidləri”, “Əsgər anası”, “Qatarda hadisə”, “İstintaq sirri”Və  digər   kitabları oxucular tərəfindən həmişə  maraqla qarşılanıb.

Elə  həmin marağın diqtəsi ilə istər  mətbuatda, istərsə də yazıçı ilə   keçirilən görüşlərdə    çıxış edənlər    onun hekayə və povestlərinin çoxunun macəra-detektiv janrında yazıldığını, əsərlərində boğazdan yuxarı pafosun olmadığını, millət və Vətən sevgisinin incə sözlərlə ifadə edildiyini, konfliktlərin əsasını ağır cinayətlərin açılması və həqiqətin üzə çıxması təşkil etdiyini bildiriblər.Bu isə onu  göstərir  ki,  yazıçı-hüquqşünas Əlisəfa Azayev müraciət  etdiyi  mövzuları  yaşadığı, şahidi   və bəzən də iştirakçısı olduğu   hadisələrdən  götürür.Təbii ki, bu da  oxucu üçün həm  inandırıcı, həm də önəmlidi.

Yeri gəlmişkən  qeyd  etmək istərdim ki, bugünlərdə  Əlisəfa  Azayev öz  oxucularına   yeni  kitabını ərmağan edib."Maarif"  nəşriyyatında  Vaqif Alıyevin redaktorluğu  ilə  çap olunmuş kitabın adı "Notariat Sirri"-dir. Bu  kitabında da  Əlisafa  müəllim öz  üslubuna  və  mövzu  dairəsinə  sadiq  qalaraq   bir  sənətin  özəlliklərini  sərgiləyib. Düşünürəm ki, müəllifin  bu  povesti  də  öz  oxucularını  tezliklə  tapacaq.

                                                                                                                                              Əbülfət Mədətoğlu