Cavid Cəfərovdan " QƏDİM YAZI"
Masamın üstündə bir kitab var...Doğmalarımdan biri bağışlayıb mənə. "Qanun Nəşriyyatı"-nda işıq üzü görüb bir il öncə , yəni 2023-də... Adı diqqətimi çəkdi... Ona görə də elektron məlumat bazasına daxil olub müəllif barədə bilgiyə baş vurdum.
Elmi dərəcəsi və elmi adı: Tarix üzrə fəlsəfə doktoru, dosent
Vəzifəsi: Çap kitablarının tədqiqi şöbəsinin müdiri
Tədqiqat sahəsi: Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqatın metodları; Elmşünaslıq
Tədqiqat mövzuları: Qədim əlyazma və əski çap kitablarının fakturasının tədqiqi; müəllif hüquqları; elmmetriya
Elmi əsərlərinin sayı: 58
Əlaqə vasitələri: tel.: (+994 12) 4923197, e-mail: [email protected]
Və bu cavan oğlanın maraqülı bir sahə üzrə, həm də çoxşaxəli fəaliyyəti diqqətimi çəkdi. Bu qiyabi tanışlıq da öz növbəsində "Qədim yazı"-ya marağımı artırdı.
Kitabın üz qabığındakı imza sırası özü - özlüyündə bu toplunun mahiyyətindən xəbər verirdi. Xüsusi ilə ona görə ki, həmin imza sahibləri müxtəlif corafiyanı təmsil edirlər. Həm də müxtəlif dillərdə yazırlar. Deməli həmin müəllifləri orjinaldan dilimizə çevirən Cavid Cəfərov həmin dillərə mükəmməl sahiblənib ki, belə bir ağır və məsuliyyətli işə çiyin verib. Bir oxucu kimi deyə bilərəm ki, kitabdakı yazıları oxuyarkən tərcümə olduğunu hiss etmədim.
Yeri gəlmişkən . onu da qeyd edim ki, tərcümə edilən yazılar təkcə bədii yaradıcılıq nümunələri deyil. Onların arasında müsahibələr də var. Təbii ki, bu da kitabın dəyərini artırmaqla yanaşı, tərcümə edənin də nüfuzuna müsdbət xallar əlavə edir. Elə bu bir-iki cümləlik təqdimatla oxucuları " Qədim Yazı"-nı arayıb tapmağa ,oxumağa dəvət edirəm. İnanıram ki, bu oxuyanlara çox xoş olacaq!
Əbülfət Mədətoğlu