03 Iyul 2024 12:39
322
GÜNDƏM

ABŞ senatorundan saxta soyqırım abidəsinə ƏKLİLLƏR, ÇİÇƏKLƏR... 

Ermənistan parlamenti məlumat yayıb ki,  iyulun 2-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gəlib.

 Adalet.az xəbər verir ki,  İyulun 3-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi Konqresin nümayəndə heyəti,  Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan və Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Lilitin müşayiəti ilə Makunts, Tsitsernakaberd Memorialını ziyarət edib.

 Nümayəndə heyətinin üzvləri  saxta erməni  soyqırımı abidəsi önünə əklil və gül dəstələri qoyublar. 

Qeyd edək ki,  parlament  səfərin  5 iyula qədər davam edəcəyini deyir .

 Əntiqə Rəşid