01 Iyul 2024 11:26
273
DÜNYA

"Putinlə danışıqlar mümkündür" - Zelenski

"Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar mümkündür".

Adalet.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Philadelphia Inquirer"ə müsahibəsində deyib. 

Əvvəllər o, dəfələrlə belə danışıqların qeyri-mümkünlüyündən danışıb və bu, hətta Ukraynada qanunla təsbit olunub.

Zelenskinin sözlərinə görə, Rusiya lideri ilə danışıqların yeganə variantı vasitəçilərdən istifadədir, çünki bu, Qara dəniz taxıl dəhlizinin müzakirəsi və yaradılması zamanı edilib.

"Bu model ilk dəfə taxıl dəhlizinin timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyə ilə danışıqlar apardığı zaman istifadə edilib. Onlar da öz növbəsində bizimlə danışıqlar aparmağı, sonra isə Rusiya Federasiyası ilə müvafiq müqavilə imzalamağı öz üzərlərinə götürdülər", - deyə Zelenski bildirib.