02 Iyul 2024 13:37
403
DÜNYA

Baqrata qoşulan, Paşinyana etiraz edən“prezident”  "bariqa" imiş? 

Xəbər vermişdik ki, 2024-cü ilin fevralında hüquq-mühafizə orqanları qondarma və ləğv olunmuş artsax “prezidenti” Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyanı 2 sutka müddətinə həbs etmişdi.O, narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinərək həbs edilib, lakin 60 saat sonra ona qarşı heç bir ittiham irəli sürülməyib və Danielyan sərbəst buraxılıb.


Sonra nə oldu?


Deməli İyunun 21-də Emənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis qüvvələri qondarma və ləğv edilmiş qurumun Ermənistandakı nümayəndəliyinin darvazasını sındıraraq xüsusi texnika vasitəsilə özündən bəyə- “prezident”ə xidmət edən maşını oradan götürdülər.
Ermənistanın İstintaq Komitəsiməlumat yayıb ki, Şahramanyanın xidməti avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi işi çərçivəsində ələ keçirilib.

Deməli, qondarma president əslində bir bariqa imiş.. yəni narkotik satıcısı…

Qeyd edək ki, iyunun 14-də Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağın “elitası” 2 saata Bakıya təslim oldu” fikri separatçı Şahramanyanı ,həddindən artıq qəzəbləndirmişdi deyə , iyunun 15 də Samvel Şahramanyanın jurnalistlərə açıqlamaları olmuşdu.
O, etiraz mitinqlərinə dəstək nümayiş etdirməklə bərabər, baş nazirin yalan danışdığını bildirmişdi:
“Biz hər cür toqquşma və zorakılığı pisləyirik. Polis qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməli və vəziyyəti ayıq şəkildə qiymətləndirməlidir. Palamentdə səslənən bəyanatlara gəlincə, mən yaxın vaxtlarda ictimaiyyət qarşısında çıxış edəcəyəm. Camaat həqiqəti öyrənəcək. Orada səslənən fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur.
Milyardlarla silahı geridə qoymağımıza gəlincə, Paşinyan silahların kimin balansında olduğunu və buna görə kimin məsuliyyət daşıdığını yaxşı bilməlidir. Artsax ordusu son günə qədər Ermənistan hökumətinə tabe olub və Müdafiə Nazirliyinin ərazi bölməsinə çevrilib”.
Samvel Şahramanyan həmin gün onu da bildirmişdi ki, “artsax”məsələsi hələki bağlanmayıb: “Artsax ermənilərinin məsələsinin ədalətli həllinə imkan verəcək mexanizmlər tapmaq lazımdır”.


P.S. İndi ay Samvel gördün “artsax” məsələsi necə bağlandı? Sən hökümətlə "hökümətlik" eləmək gücündə deyilsən axı?!Yetim qızsan , qıvrıl yat….


Əntiqə Rəşid