12 Avqust 2024 11:33
109
ELM VƏ TƏHSİL

Adam nə qədər imtahan verər?!

Mənim Azərbaycan müəllimlərinə lap yazığım gəlir.

Düşünürəm ki, bizim müəllimlər dünyanın ən dözümlü və ən səbrli müəllimləridir! Ay qardaş, bu müəllimləri nə qədər imtahan eləmək olar. İmtahan verib , orta məktəbi qurtarırlar. İmtahan verib ali məktəbə qəbul olurlar,  təzədən imtahan verib  müəllim olmaq üçün  növbəyə dururlar. Bununla da iş bitmir, ha! Yenidən diaqnoztik imtahanından keçirlər! Və bu da bəs eləmir! Sertifikatsiya imtahandan da keçmək lazımdir! Ondan da keçirlər! Bundan sonra isə müsahibədən, yəni söhbətdən də keçmək lazımdir! Bax , burda lap ağ eləyirlər.

Əgər müəllim bu mərhələni  keçirsə, bəs onda söhbətdən keçməyə nə ehtiyac var! Bu qədər süzgəcdən  keçmək görəsən, yetərli deyirmi?! Müəllim nə günah edib ki, onu bu qədər çək- çevirə salırlar?! Nə isə! Allah Azərbaycan müəllimlərinə böyük səbr verib. Və bundan sonra da onlara möhkəm səbr arzulayırıq ki,  bu qədər sorğu- suala dözsünlər və əsəbləşib ürək, şəkər xəstəliklərinə  düçar olmasınlar! Onsuz da onları işdən çıxarmaq üçün yüz bəhanə axtarırlar. Bax bu da o bəhanələrdən  biri olar!!!

Emil Faiqoğlu