Mülki aviasiya işçilərinin sığorta stajlarının hesablanması ilə bağlı YENİLİK

Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti (NK) müəyyən edəcək.
Adalet.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir.
Qanuna təklif edilən dəyişikliklə bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasının da NK-ya həvalə edilməsi nəzərdə tululur.
Bildirilib ki, dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər

Teymur Musayev: Mərkəzi Asiyanın vərəmlə mübarizəsi Transxəzər təşəbbüsünə çevrilməlidir

“Hava limanında məlum olur ki, ölkədən çıxışına “stop” qoyulub” - Osman Gündüz

5-dən çox uşağı olan valideynlər daha tez pensiyaya çıxsın - TƏKLİF

Suqovuşana növbəti köç karvanı yola salındı

Azərbaycanın iştirakı ilə 4 ölkənin yaşıl enerji dəhlizi yaradılır

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi

“28 May”dan “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək
