Azərbaycanın iştirakı ilə 4 ölkənin yaşıl enerji dəhlizi yaradılır

Bu həftə Sofiyada “Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan” yaşıl enerji dəhlizinin reallaşdırılması üzrə texniki işlərə başlanılacaq.
Adalet.az xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.
"Bu həftə Bolqarıstanda yaşıl enerji dəhlizinin yaradılması üzrə texniki işlərə başlanacaq, Bakıda dörd ölkə arasında anlaşma memorandumu imzalanıb. Müvafiq nazirliklərin nazir müavinləri və enerji operatorları yeni enerji dəhlizi üzərində işə başlamaq üçün Sofiyada görüşməyə hazırlaşırlar", - nazirlik açıqlayıb.
Xatırladaq ki, aprelin 4-də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın energetika nazirləri yaşıl enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar və bununla da yeni yaşıl enerji dəhlizinin yaradılması prosesinə start verilib.
Sənədə əsasən, dörd ölkənin energetika nazirlikləri enerji sistemlərinin modernləşdirilməsinə, elektrik enerjisinin ötürülməsi və ticarət imkanlarının genişləndirilməsinə yönəlmiş birgə investisiya layihələrinin müəyyənləşdirilməsi imkanlarını təşviq etmək üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəklər.
Digər Xəbərlər

"Long War Journal": " İran -Ermənistan birgə hərbi təlimi Azərbaycana qarşıdır"
jpg-1744615712.jpg)
Ağdamlıların evi tikilir:Turizm mərkəzinə çevriləcək Ağdamdan REPORTAJ

DYP havaya ilə bağlı MÜRACİƏT ETDİ

Səhiyyə Nazirliyində Qətərin ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTO

Azərbaycanda qanunsuz yaşayan və işləyən əcnəbilərin sayı açıqlandı

Korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağan olundu

Bu şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək
