DYP havaya ilə bağlı MÜRACİƏT ETDİ

Gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, aprelin 14-dən 17-dək ölkə ərazisində hava şəraitinin leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, avtomobilin texniki sazlığını nəzarətdə saxlamalıdırlar.
Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Digər Xəbərlər

Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evində olublar - FOTOLAR

Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

Bəzi məhkəmələrə sədr və hakimlər təyin olundu - SƏRƏNCAM

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu
jpg-1744712282.jpg)
Vatikandakı konfrasın "baykot"una, ermənilərlə birgə Əhməd Kazemi də qoşulur

İstilik verilişi daha bir neçə gün davam edəcək
