Vatikandakı konfrasın "baykot"una, ermənilərlə birgə Əhməd Kazemi də qoşulur
Xəbər vermişdik ki, aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.
Erməni şovinist və revanşistlər bu konfrandan sonra əməlli-başlı şoka düşüblər. Vatikanda, Azərbaycan konfransı...
Adalet.az xəbər verir ki, erməni toplumu, mediası, lobbisi və ermənilərdən çox erməni olan ermənipərəst qüvvələr bu konfransı gözdən salmaq üçün alternativ yol tapıblar. Erməni mediası yazır ki, aprelin 18-də və 19-da Ermənistan Amerika Universitetində Vatikanın cavab “ilk güllələri” eşidiləcək. “Cənubi Qafqaz pozuculuq” adlı beynəlxalq konfransda regionda demokratikləşmə prosesləri və Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunacaq. Çıxış edəcəklər arasında Afina Universitetinin professoru Cengiz Axtar, Corciya Universitetinin professoru Şalva Dzebisaşvili, Harvard Universitetinin Davis Mərkəzinin baş elmi işçisi Stiven Cons və İslami Azad Universitetinin (Tehran) professoru Əhməd Kazemi var.
Oxucularımıza xatırladırıq ki, professor Əhməd Kazemini Azərbaycan yaxşı tanıyır. Ötən ilin martında qərəzli şəkildə İslam Azad Universitetində “Talış - İran mədəniyyəti və tarixinin aynasında” adı altında keçirilən konfrans Azərbaycanın parçalanması ideyasının açıq şəkildə dəstəklənməsini ifadə edirdi. “Avrasiya məsələləri üzrə ekspert”, yaxud “beynəlxalq məsələlər üzrə professor?)” kimi təqdim edilən Əhməd Kazemi həmin konfransın təşkilatçısı olub. “Mədəniyyət və tarix” adı ilə təqdim edilən konfransa Avropada yaşayan, Azərbaycanın talış əsilli vətəndaşlarının adından danışmağa cəhd edən Boris Talışinski dəvət edilmişdi. Bu azmış kimi onu “Talış Muğan Respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim etdilər. Konfransın əsas təşkilatçısı Əhməd Kazemi isə Boris Talışinskini “şimali talışstanın mərhum prezidenti general Əliəkrəm Hümətzadənin varisi” adlandırdı. Bildirdi ki, “şimali talışıstandakı qardaş və bacılarının hüquqları qorunmalıdır”.
Əhməd Kazemi vaxtilə Azərbaycandan deportasiya olunub və bu gün də İranın rəsmi dairələrinin tapşırığına əsasən Azərbaycana qarşı çıxışlar edir. Yəni, fars şovinisti Əhməd Kazeminin buqələmun kimi rəng dəyişdirib, indi də erməniləri dəstəkləməsi bizə təəccüblü gəlmədi.
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Iyul 2026 11:59
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
02 Iyul 2026 11:26
FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO
02 Iyul 2026 11:09
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02 Iyul 2026 10:23
İnsanlarımıza etibar ünvanı olasınız! - Elxan Şükürlü yazır
02 Iyul 2026 09:42
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
02 Iyul 2026 09:34
AQİL ABBAS AZƏRBAYCAN POLİSİNİ TƏBRİK ETDİ
02 Iyul 2026 08:43
Azərbaycan polisi – 108 illik şərəfli xidmət yolu
01 Iyul 2026 18:00


Bakı -°C

