BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Səhiyyə Nazirliyində oldu
Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Jan Todtun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, görüşdə yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin profilaktikası, qəzalar nəticəsində zərərçəkənlərə göstərilən təcili tibbi yardımın təkmilləşdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizdə əhalinin sağlamlığının qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Nazir qeyd edib ki, yol təhlükəsizliyi yalnız nəqliyyat sahəsini deyil, həm də ictimai səhiyyə məsələlərini əhatə edən mühüm istiqamətlərdən biridir. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Jan Todt Azərbaycanda yol təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və bu istiqamətdə əldə olunan nailiyyətləri vurğulayıb. O, BMT-nin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların həyat və sağlamlığının qorunması məqsədilə üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.
Görüş zamanı yol təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, təcili tibbi yardım sisteminin inkişafı, aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Digər Xəbərlər
01 Iyul 2026 16:45
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
01 Iyul 2026 16:41
Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək
01 Iyul 2026 16:32
Şöbə rəisi istefa verdi
01 Iyul 2026 16:24
Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrıldı
01 Iyul 2026 16:01
"Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
01 Iyul 2026 14:40
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:08
Bakı-Brüssel-Bakı reyslərinə bilet satışı başladı
01 Iyul 2026 13:01


Bakı -°C

