Şöbə rəisi istefa verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində kadr dəyişikliyi baş verib.
Adale.az xəbər verir ki, Mərkəzin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı tutduğu vəzifədən ayrılıb.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, qərarı öz təşəbbüsü ilə verib.
X.Yadigarlı qeyd edib ki, media və televiziya sahəsində fəaliyyətinin 15 ili tamam olur və son 5 ilə yaxın müddətdə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışıb.
Onun sözlərinə görə, bu müddətdə vəzifə öhdəliklərini yerinə yetirməklə yanaşı, sosial sahədə rəqəmsallaşma ilə bağlı çoxsaylı müraciətlərə də dəstək göstərməyə çalışıb.
Paylaşımında həmkarlarına təşəkkür edən Xanım Yadigarlı karyerasında yeni mərhələyə başladığını da vurğulayıb:
"Birgə çalışdığım həmkarlarıma, yoluma dəyər qatan hər kəsə təşəkkür edirəm! İndi karyeramda yeni bir səhifə açmağın vaxtıdır".
Digər Xəbərlər
01 Iyul 2026 18:00
BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Səhiyyə Nazirliyində oldu
01 Iyul 2026 16:45
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
01 Iyul 2026 16:41
Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək
01 Iyul 2026 16:24
Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrıldı
01 Iyul 2026 16:01
"Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
01 Iyul 2026 14:40
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:08
Bakı-Brüssel-Bakı reyslərinə bilet satışı başladı
01 Iyul 2026 13:01


Bakı -°C

