Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü
Baş naziri Əli Əsədov BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüş zamanı Azərbaycan ilə BMT arasında müxtəlif istiqamətlərdə uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi istiqamətində aparılan fəaliyyət yüksək qiymətləndirilib.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, rəqəmsal həllərin tətbiqi vasitəsilə nəqliyyat sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub.
Görüşdə yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər Xəbərlər
01 Iyul 2026 18:38
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - FOTOLAR
01 Iyul 2026 17:35
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşdü
01 Iyul 2026 17:03
Ursula Fon der Lyayen Azərbaycandadır
01 Iyul 2026 11:16
İlham Əliyev Somali Prezidentini təbrik etdi
01 Iyul 2026 09:53
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
01 Iyul 2026 09:47
“Kreml Qaluzinin vasitəsilə səsləndirdiyi təxribatlarını həyata keçirmək istəyəcək”
01 Iyul 2026 09:47
ABŞ-İran memarandumunu mühafizəkar sistem hədəf alıb – Politoloq
30 Iyun 2026 19:29


Bakı -°C

