Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Yaponiya və Koreya Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının cari ilin iyulun 1-dən gələn ilin iyulun 1-dək Azərbaycanın ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
Bu barədə Adalet.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.
Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] maili vasitəsilə müraciət edə bilərsiniz.
Digər Xəbərlər
01 Iyul 2026 11:16
İlham Əliyev Somali Prezidentini təbrik etdi
01 Iyul 2026 09:47
“Kreml Qaluzinin vasitəsilə səsləndirdiyi təxribatlarını həyata keçirmək istəyəcək”
01 Iyul 2026 09:47
ABŞ-İran memarandumunu mühafizəkar sistem hədəf alıb – Politoloq
30 Iyun 2026 19:29
“Azərbaycana qarşı əsassız qətnamələrin qəbulu mütəmadi xarakter alıb”
30 Iyun 2026 18:41
"4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb" - XİN
30 Iyun 2026 17:16
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi
30 Iyun 2026 15:30
Frank Şvabe kimdir və nə istəyir?
30 Iyun 2026 13:21


Bakı -°C

