ABŞ-İran memarandumunu mühafizəkar sistem hədəf alıb – Politoloq
“İran mühafizəkar qrupu islahatçı qanadın ABŞ ilə anlaşma memorandumunu hərvəchlə pozmağa çalışır. SEPAH yaxın Keyhan qəzeti və digər mətbuat orqanları prezidenti, xarici işlər naziri və parlament sədrinin xəyanətdə günahlandırır. Həmçinin parlamentin bir neçə mühafizəkar deputatı kəskin şəkildə bu anlaşmaya qarşı çıxırlar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Bunun nəticəsidir ki, SEPAH Hörmüzdən keçən gəmilərə yenidən atəş açıb.İran hakimiyyət daxilində razılaşmanın pozulması və islahatçıların artan mövqeyinin zəifləməsi istiqamətində ciddi hücumlar həyata keçirilir. Hətta prezident və xarici işlər nazirinə sui-qəsd edilməsi istisna deyil. ABŞ və İran memarandumunu prezident və onun komandası qorumağa çalışır. ABŞ İrana geniş miqyaslı yenidən hücum edərsə, mühafizəkarlarin mövqeyi güclənəcək. Ona görə də Vaşinqton prosesləri düzgün qiymətləndirir. SEPAH güclüdür və onların qərarları ölkədə tam mütləqdir. Mühafizəkarların siyasəti ABŞ-İran memarandumunun reallaşdırmasinı sual altına qoyur. Prezident M.Pezeşkian və onun komandasını çətin bir günlər gözləyir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Iyul 2026 11:16
İlham Əliyev Somali Prezidentini təbrik etdi
01 Iyul 2026 09:53
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
01 Iyul 2026 09:47
“Kreml Qaluzinin vasitəsilə səsləndirdiyi təxribatlarını həyata keçirmək istəyəcək”
30 Iyun 2026 19:29
“Azərbaycana qarşı əsassız qətnamələrin qəbulu mütəmadi xarakter alıb”
30 Iyun 2026 18:41
"4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb" - XİN
30 Iyun 2026 17:16
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi
30 Iyun 2026 15:30
Frank Şvabe kimdir və nə istəyir?
30 Iyun 2026 13:21


Bakı -°C

