"Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov
"Birinci həyat yoldaşımdan ayrılandan 4 ay sonra ikinci dəfə evləndim. İndi ailəmlə çox xoşbəxtəm. Həyat yoldaşım mənə elə qayğı göstərir ki, sanki balaca uşağa baxır. Bir yeməyi ağzıma qoymağı qalır. Ailəsinə son dərəcə bağlı, qayğıkeş xanımdır. Bağımızda ağaclar, güllər əkir. Evimizə girəndə elə bil cənnətə düşürsən. Xoşbəxtəm ki, qarşıma belə bir qadın çıxıb. Bu yaxınlarda 50 yaşı tamam oldu. Artıq 8 ildir evliyik. Məndən 37 yaş kiçikdir. Bütün qadınlar indi də mənə vurulur".
Adalet.az xəbər verir ki, bu sözləri Xalq artisti Tariyel Qasımov "Həftənin qonağı" verilişində deyib. Aktyor həyat yoldaşının onu qısqandığını da etiraf edib.
"Çünki xanımlar indi də mənə "Səni sevirəm" mesajı yazırlar. Özümü çox yaxşı hiss edirəm. Elə bilirəm 50 yaşım var. Məndə həmin güc də, xarakter də qalır. Özümü qoca hesab etmirəm" deyə, T.Qasımov bildirib.
Digər Xəbərlər
01 Iyul 2026 13:08
Bakı-Brüssel-Bakı reyslərinə bilet satışı başladı
01 Iyul 2026 13:01
Hərbi xidmətə çağırış BAŞLADI
01 Iyul 2026 12:46
Bu gündən “BakıKart”ın qiyməti 3 manat oldu
01 Iyul 2026 11:38
Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq
30 Iyun 2026 18:30
Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına CAVAB
30 Iyun 2026 17:49
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
30 Iyun 2026 17:12
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib
30 Iyun 2026 16:35


Bakı -°C

