Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına CAVAB
Bir sıra sosial şəbəkə platformalarında Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz olaraq sökülməsi iddiaları yayılıb.
Yasamal rayon Icra Hakimiyyətindən Adalet.az-a verilən xəbərə görə, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan sakin Tatyana Aqafonovanın yaşadığı evin istismar müddəti başa çatıb.
Qeyd edilib ki, müvafiq komissiya tərəfindən aparılan qiymətləndirmə və köçürülmə prosesi çərçivəsində sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib: “Eyni zamanda, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin faktiki istifadəsində qanunsuz tikilmiş, binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən və qəzalı binanın vəziyyətini daha da ağırlaşdıran əlavə tikili mövcuddur və hal-hazırda evin deyil, sözügedən qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü işləri aparılır.
Qeyd edək ki, keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntü işləri aparılır. Sakinlərə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülmə prosesi həyata keçirilir. Proses tam yekunlaşdıqdan sonra ərazinin abadlaşdırılması, mövcud tarixi binaların təmiri və bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Digər Xəbərlər
30 Iyun 2026 17:49
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
30 Iyun 2026 17:12
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib
30 Iyun 2026 16:35
Bu əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
30 Iyun 2026 16:26


Bakı -°C

