adalet.az header logo
  • Bakı -°C
30 Iyun 2026 19:29
89
SİYASƏT
A- A+

“Azərbaycana qarşı əsassız qətnamələrin qəbulu mütəmadi xarakter alıb”

“Son illərdə AŞPA və Avropa Parlamentində Azərbaycana qarşı əsassız və böhtan xarakterli qətnamələrin qəbulu artıq mütəmadi xarakter alıb”.

Adalet.az bu barədə TÜRKPA Baş katibi Ramil Həsənin iyunun 24-də AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə barəsində bəyanatında deyilir.

Baş katib qeyd edib ki, bu cəhdlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra onu cəzalandırmağa yönəlmiş cəhdlər olaraq görünür və bu xüsusilə narahatlıq doğuran məqamdır:

“İnsan hüquqları məsələlərinin siyasiləşdirilməsi, manipulyasiya edilməsi, ikili standartlar və onlardan suveren dövlətlərə qarşı alət kimi istifadə olunması qəbuledilməzdir. AŞPA bunun əvəzinə öz torpaqlarını işğaldan azad etmiş və genişmiqyaslı bərpa-quruculuq işləri və humanitar minatəmizləmə fəaliyyəti həyata keçirən Azərbaycana dəstək nümayiş etdirməlidir. Bu cür qətnamələr qəbul etmək əvəzinə, Azərbaycanla həmrəylik nümayiş etdirmək və öz mandatı çərçivəsində, o cümlədən, itkin düşmüş 4 000 Azərbaycan vətəndaşının taleyinin aydınlaşdırılması istiqamətində həyata keçirilən səylərə töhfə vermək daha konstruktiv olardı”.

TÜRKPA Baş katibi beynəlxalq parlament institutlarını dialoqu, qarşılıqlı anlaşmanı və beynəlxalq hüququn fundamental prinsiplərinə hörməti təşviq etməyə çağırıb.