Türkiyədəki səfirliyimizdə təhsil məsələləri üzrə müşavir təyin edildi
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.
Adalet.az xəbər verir ki, Müjdat Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb, daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayan Müjdat Həsənov müxtəlif illərdə beynəlxalq əməkdaşlıq və xaricdə təhsil istiqamətləri üzrə məsul vəzifələrdə çalışıb.
Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavirlər ölkəmizin təhsil imkanlarının xaricdə təşviqi, təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə təhsil hüquqlarının müdafiəsi və bu istiqamətdə əlaqələndirmənin təmin edilməsi məqsədilə fəaliyyət göstərirlər.
Digər Xəbərlər
30 Iyun 2026 17:41
İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlanıb
30 Iyun 2026 12:15
"Müəllim özünü yazıq kimi görməməlidir" - Emin Əmrullayev
30 Iyun 2026 12:04
Şagird məktəbə telefon apara bilər? - Nazirdən açıqlama
30 Iyun 2026 10:59
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
30 Iyun 2026 10:36
Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu qədər maaş alır - RƏQƏMLƏR
30 Iyun 2026 10:29
91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib - Nazir açıqladı
29 Iyun 2026 18:55
Şagirddə mobil telefon aşkarlanarsa, nə ediləcək?
29 Iyun 2026 15:43


Bakı -°C

