adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 11:28
81
İDMAN
A- A+

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşəcək

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/16 final mərhələsinin daha üç qarşılaşması keçiriləcək.

Adalet.az xəbər verir ki, günün ilk oyununda İngiltərə millisi Konqo Demokratik Respublikası yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İyulun 2-nə keçən gecə isə saat 00:00-da Belçika millisi Seneqal seçməsi ilə qarşılaşacaq. Günün son matçında ev sahibi ABŞ yığması Bosniya və Herseqovina millisini sınağa çəkəcək. Qarşılaşma saat 04:00-da start götürəcək.

Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları 1/8 finala vəsiqə qazanıblar.