Fransa darmadağınla 1/8 finalda - YENİLƏNİB
Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib.
Adalet.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.
Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.
Qeyd edək ki, bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.
02:35
Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda üçüncü qol vurulub.
Adalet.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabdakı üstünlüklərini bir qədər də artırıblar - 3:0.
74-cü dəqiqədə Kilian Mbappe dubl edib.
02:13
Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ikinci qol vurulub.
Adalet.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabdakı üstünlüklərini artırıblar - 2:0.
53-cü dəqiqədə Bradli Barkola fərqlənib.
02:04
Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabda irəlidədirlər - 1:0.
45-ci dəqiqədə Kilian Mbappe fərqlənib.
01:49
Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabda irəlidədirlər - 1:0.
45-ci dəqiqədə Kilian Mbappe fərqlənib.
01:47
Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ilk qol vurulub.
Adalet.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabda irəli çıxıblar - 1:0.
45-ci dəqiqədə Kilian Mbappe fərqlənib.
01:00
Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, 1/16 final mərhələsinin matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı niderlandlı FIFA referisi Danni Makkeli idarə edir.


Bakı -°C

