adalet.az header logo
  • Bakı -°C
30 Iyun 2026 09:27
80
İDMAN
A- A+

Dünya çempionatında sensasiya - Almaniya turnirlə vidalaşdı - VİDEO

Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

Adalet.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf olmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.

Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. Paraqvay penaltilərdə 4:3 hesabı ilə qalib gəlib.

Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq. Almaniya isə turnirdə mübarizəni dayandırıb.