Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.
Adalet.az xəbər verir ki, Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.
Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.
Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.
Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif xidmətlər göstərilir. Müəssisədəki uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.
Digər Xəbərlər
01 Iyul 2026 10:52
Taxılımız sahədə biçilməmiş qalıb...
01 Iyul 2026 10:36
Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO
01 Iyul 2026 10:14
Leyla Əliyeva Məhəmməd Füzuli adına parkdakı işlərlə tanış oldu - FOTOLAR
01 Iyul 2026 09:21
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
30 Iyun 2026 18:21
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - FOTOLAR
30 Iyun 2026 13:58
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTOLAR
30 Iyun 2026 13:03
İyulun ilk günü hava necə olacaq?
30 Iyun 2026 11:58


Bakı -°C

