adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 18:11
71
İDMAN
A- A+

Zeynəb Sönməz “Uimbldon”la vidalaşdı

Tennis üzrə “Uimbldon” çempionatının üçüncü günündə Türkiyə təmsilçisi Zeynəb Sönməz qadınların şəxsi yarışında mübarizəni dayandırıb.

Adalet.az xəbər verir ki, turnirin ikinci mərhələsində ABŞ tennisçisi Kler Liu ilə qarşılaşan Zeynəb Sönməz rəqibinə 0:2 (5:7, 3:6) hesabı ilə məğlub olub və yarışla vidalaşıb.

Qeyd edək ki, Zeynəb Sönməz ilk mərhələdə ABŞ tennisçisi Enn Lini 2:1 (7:5, 1:6, 6:4) hesabı ilə məğlub edərək ikinci mərhələyə yüksəlmişdi.