07 Aprel 2025 17:43
124
SİYASƏT

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Fərzanə Sadiq bu gün Azərbaycana səfərə gəlir.

Adalet.az xəbər verir ki, bu barədə nazirin müşaviri İran mediasına bildirib.

    Fərzanə Sadiqin Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin təşəbbüsü ilə səfərə gələcəyi bildirilib.

    Səfər çərçivəsində ikitərəfli nəqliyyat, gömrük, su, energetika, neft-qaz və ticarət sahələrində ortaq layihələrin cari vəziyyəti müzakirə ediləcək.

    Səfər zamanı danışıqlar aparılacaq və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri ilə bağlı hazırlıq işləri görüləcək.