Teymur Musayev: Mərkəzi Asiyanın vərəmlə mübarizəsi Transxəzər təşəbbüsünə çevrilməlidir

"Vərəmdən azad Mərkəzi Asiya" təşəbbüsü Transxəzər təşəbbüsünə çevrilməlidir ki, bu xəstəliklə birgə mübarizədə uğur əldə edilsin.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci görüşü çərçivəsində Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın iştirakı ilə vərəmlə bağlı müşavirədə çıxışı zamanı bildirib.
Nazir həmçinin Azərbaycanda bu ciddi xəstəliklə mübarizədə əldə edilən uğurlardan danışıb: “Xəstəliklə mübarizədə əhəmiyyətli irəliləyişə nail olunub. 2014-cü illə müqayisədə 40 faiz azalma qeydə alınıb”.
"Bu, diaqnostikanın keyfiyyətinin artırılması, molekulyar-genetik metodların tətbiqi sayəsində əldə edilib. Çünki aşkarlama, ilk növbədə dərmanlara davamlı formaların aşkarlanması yaxşılaşıb. Əsas epidemioloji göstəricilər 100 min nəfərə düşən 45 haldan 25-ə qədər azalmadır", - T.Musayev bildirib.
O əlavə edib ki, hazırda müalicənin uğurluluğu həssas formalar üçün 85 %, rezistentlik formalar üçün isə 65 % təşkil edir.
T.Musayev, həmçinin Azərbaycanda 2030-cu ilə qədər vərəmlə mübarizə strategiyası üzrə milli proqramın hazırlandığını qeyd edib.
"Hesab edirik ki, vərəmlə mübarizədə bəzi köhnəlmiş yanaşmalar prinsip etibarilə uğursuzluğa məhkumdur. Hər dəfə hansısa mutasiyalar aşkar edildikdə, biz daim həmkarlarımızla təcrübə mübadiləsi aparırıq. Bu baxımdan, mən bugünkü təşəbbüsə uğurlar arzulamaq və onun Transxəzər təşəbbüsünə, Qərbə doğru inkişaf etməsini istərdim", - nazir yekunlaşdırıb.
Digər Xəbərlər

Ağdaban qətliamından 33 İL ÖTÜR

“Hava limanında məlum olur ki, ölkədən çıxışına “stop” qoyulub” - Osman Gündüz

5-dən çox uşağı olan valideynlər daha tez pensiyaya çıxsın - TƏKLİF

Mülki aviasiya işçilərinin sığorta stajlarının hesablanması ilə bağlı YENİLİK

Suqovuşana növbəti köç karvanı yola salındı

Azərbaycanın iştirakı ilə 4 ölkənin yaşıl enerji dəhlizi yaradılır

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi
