20 Avqust 2024 09:47
418
AVTOMABİL

 Sərt döngələr

Respublikanın  avtomobil yollarında kifayət qədər sərt döngələr var. Və  döngələrdə yol nişanları quraşdırılıb.

Ona görə quraşdırılıb ki, sürücülər o nişanlara baxıb sürət həddi seçsinlər. Amma gəlin, onunla razılaşaq ki, bəzi sürücülər bu nişanlar məhəl qoymur və nəticədə  ağır qəzalar qaçılmaz olur. Heç uzağa getməyək.

Bir neçə gün bundan əvvəl  bax, sərt döngələrin birində sürət həddinə əməl etməyən sürücü idarəetməni itirib və ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Başqa bir sürücü isə yenə  sərt döngədə yüksək sürətə  görə onun idarə etdiyi  avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Bu cür qəzaların yaranması birmənalı olaraq sürücülərdən asılıdır.  

Deməli, bütün sürücülər sərt döngələrdə diqqətli olmalı, yol nişanlarını nəzərdən qaçırmamalıdır ki, faciəli anlar yaşamasınlar!

Emil Faiqoğlu