Payız, səni heç sevmədim -Tərlanə Yaqubqızından YENİ ŞEİR
Deyirlər ki, hər fəsilin bir ayrı gözəlliyi var.
Bəlkə də bu, həqiqətdir, belə olsun qoy, insanlar.
Mən ki heç vaxt nə sevgimi, nə kinimi gizlətmədim.
Payız, səni heç sevmədim.
Çılpaq qalmış budaqlara quşlar da könülsüz qonur.
Gəlişinlə ürəyimə kədər dolur, qüssə dolur,
Bir az sərin meh əssə də cismim donur, ruhum donur.
Payız, səni heç sevmədim.
Bilirəm, çoxları neçə şeir yazıblar hüsnünə,
Hələ qızıl payız kimi ad da tapıbdılar sənə.
İncisən də sözlərimdən, acığın tutsa da mənə,
Payız, səni heç sevmədim.
Sən ki təkcə yarpaqları budağından ayırmadın.
Sən atamı, sən nənəmi, sən dayımı məndən aldın.
Yaddaşımda ancaq ölüm, ayrılıq fəsli tək qaldın.
Payız, səni heç sevmədim.
Çəkmələri su buraxan dilənçi uşağa rəhm et,
Səni çağıran olmayıb, necə gəlmisən, elə get.
Dön küləyə, dön dumana, dön yağışa, dön selə get!
Payız, səni heç sevmədim.
Bəlkə məni qınayacaq şerimi oxuyan kimsə,
Düşünəcək, qapılmışam özlüyümdə yəqin hissə.
Getsin dünyanı dolaşsın, amandır, gəlməsin bizə!
Payız, səni heç sevmədim.
Mən ki hələ doymamışam günəşin hərarətindən,
Hardan gəlib çıxdın axı, kim ölürdü həsrətindən?
Bəlkə elə özüm gedim sənin zalım sifətindən?
Payız, səni heç sevmədim.
Digər Xəbərlər
04 Aprel 2026 15:05
Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24


Bakı -°C

