Bəlkə paytaxtı köçürək?!
Bakıda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün böyük layihələr, yenidənqurma işləri görülür, yollar genişlədirilir, körpələr salınır, yol ötürücüləri inşa edilir, bir sožlə, hər cür infrastruktur yaradılıb.
Amma tıxadc problemi həll edilmir ki, edilmir. Hər bir sürücü ən azından gündə iki- üç saat tıxacda qalır. Artıq Bakıda hərəkət iştirakçıları tıxaclardan boğaza yığılıblar. Metroda sıxlıq, avtobuslarda sıxlıq və nəhayət yollarda sıxlıq...
Bu problemin yeganə həlli yolu yeni paytaxt salmaqdır. Qazaxlar bunu 20 qabaq etdilər. Gərək biz də bunu 20 qabaq etsəydik ki, indiki tıxaclar və sıxlıqlar yaranmayaydı.Ancaq indi də gec deyil. Lap Bakıdan 120-150 kilometr aralıda qəşəng bir paytaxt salmaq mümkündür.
Bununla da Bakıda tıxac və sıxlıq problemi tamamilə həll edilər. Yoxsa yol genişləndirməklə, köpülər tikməklə bu məsələlər həllini tapan deyil. Sadəcə olaraq bu tikintilər zamanı dövlərin milyonlarla vəsaiti havayı xərclənir!
Emil Faiqoğlu