Hava şəraitinə uyğun...

Kimliyindən asılı olmayaraq sükan arxasına əyləşən kimi yol hərəkəti qaydalarına əməl etməlidir.
Əgər buna əməl etməyən sürücülər varsa, deməli, həyatlarını təhlükə qarşısında qoyurlar. Artıq bir neçə gündür ki, ölkə ərazisinə fasiləsiz yağışlar yağır. Heç şübhəsiz , yağışlı havalarda respublikanın avtomobil yolları sürüşkən və təhlükəli olur. Belə havalarda isə sürücülər birmənalı olaraq sürət həddinə əməl etməli, ara məsafəsi saxlamalı, bir sözlə, metroloji şəraiti nəzərə almalıdır.
Əks - təqdirdə onda qəzalar qaçılmaz olacaq. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev deyir ki, biz mütəmadi olaraq havaların yağışlı -yağmurlu olması ilə əlaqədar hərəkət iştirakçılarını xəbərdar edir, onlar arasında təbliğat işləri aparırıq.
Təbii ki, bu maarifləndirmə işlərinin müsbət nəticələri də olur. Amma tövsiyələrə əməl etməyən sürücülər də olur. Ona görə də yaxşı olardı ki, bütün sürücülər yol hərəkəti qaydalarına riayət etsin. Bununla onlar həm özlərinin , həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmiş olur!
Emil Faiqoğlu
Digər Xəbərlər

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

Paytaxtın bəzi yollarında işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib

Hazırda Bakı yolları - SİYAHI

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir

Bu avtobuslar 5 ay sonra fəaliyyətini bərpa edir

Bu yollarda sıxlıq var - SİYAHI
