Hər efirə çıxan aparıcı deyil..
İndi hər yerindən duran aparıcılıq eləyir.
Ağızlarından sanki horra tökülür. İTV - də bir aparıcı var, dili pəltəkdir. Ay başına , pəltəkdən də aparıcı olar? Olar, niyə olmur?! Qəribəsi odur ki, istedadı qabiliyyəti oldu- olmadı, çoxları aparıcı olmaq istəyir. Birincisi aparıcının savadı olmalıdır. İkincisi də onun gözəl nitqi, yaxşı danışıq mədəniyyət olmalıdır. Amma indi iki eşşəyin arpasın bölə bilməyənlər aparıcılıq eləyir. ARB kanalının " Elgizlə izlə" verilişinə aparıcı olmaq üçün çoxlu sayda gənclər müraciət edib. Özü də onların əksəriyyəti qızlardır. Məşhur olmağın ən asan yolu aparıcılıqdır.
Burda pis heç nə yoxdur. Amma pis odur ki, aparıcı olmaq istəyənlərin orta məktəb səviyyəsində savadları yoxdur. Elgiz aparıcı olmaq istəyən xanımlardan birinə belə sual ünvanladı:" Cəfər Cabbarlı şairdir, yazıçıdır, yoxsa, dramaturq?" Qızsa, cavab verdi:- Şair! C.Cabbarlını tanımayandan heç aparıcı olarmı!
Və onlar elə bilirlər ki , oynamaq hırıldamaq aparıcı olmaq deməkdir.Çox təəssüf ki, bəziləri elə aparıcını belə təsəvvür edir.Bizim universitetdə bir fəlsəfə müəllimimiz vardı. Deyirdi ki, fəlsəfə düm- düm halvası deyil. İndi aparıcılıq da halva deyil, yuxaya büküb yeyəsən.Aparıcı saatlarla canlı efirdə danışmağı bacaran, gözəl danışığı ilə seçilən istedadlı adamlar olmalıdır.!
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Dekabr 2025 09:10
Bu rayonlara qar yağır - Faktiki hava
09 Dekabr 2025 21:26
Daha bir yeni nəsil qatar xəttə buraxıldı - VİDEO
09 Dekabr 2025 19:12
Kələm sahələrdə qalıb...
09 Dekabr 2025 17:27
Kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb - VİDEO
09 Dekabr 2025 16:29
İşğaldan azad edilmiş ərazilər üçün elektrikli avtobuslar alınacaq
09 Dekabr 2025 15:45
Hava şərəitinə uyğun sürət...
09 Dekabr 2025 13:57
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək - Bu tarixdə
09 Dekabr 2025 13:27


Bakı -°C

