27 Oktyabr 2024 18:57
150
ŞOU-BİZNES

Pulu sənətkara verin...

Ölkəmizdə bu gün toy bazarında " manıs"lar və " çivi" lər meydan sulayır.

El dilində demiş olsaq ağ atın belində əyləşıb, onu sağa da çaplar, sola da! Adı musiqi notundan xəbəri olmayan  " manıs" lar və "çivi" lər  pul verib özəl televiziya kanallarında reklam edir, bununla da toy "tutur" lar!  Gör nə günə qalmışıq ki, Şəbnəm Tovuzlu, Vəfa  Şərifova,  Damla, Türkan, Nəfəs, Zeynəb... daha kimlər toylarda və özəl televiziya kanallarında  at oynadırlar. Adını çəkdiyimiz bu mügənnilərə ( əgər onlara müğənni demək mümkünsə)  toy sahibləri 8-20 min manat pul verirlər.

Onların heç biri nə xalq mahnılarını, nə də bəstəkar mahnılarını normal ifa edə bilmir, bayağı, düşük ara mahnıları oxuyurlar.Ən acınacaqlı hal odur ki, bu ifaçıları kütlə toya aparır. Kütləni də qınamırıq, çünki özəl televiziya kanalları insanların zövqünü korlayıb və milli musiqimizə böyük zərbələr vurub! Qardaşlar, pulu ara müğənnilərinə  deyil,  sənətkarlara verin.

Adını və soy adını çəkəcəyimiz  muğam ifaçıları Azərbaycan xalq musiqisinin yolunda canlarını qoyublar. Mənsum İbrahimov, Səkinə İsmayılova, Könül Xasiyeva, Təyyar Bayramov, Qoçaq Əsgərov,  Ehtiram Hüseynov,  Babək Niftəliyev... dura- dura , ara müğənnilərinə  8-10 min manat verməyə dəyərmi?! Elə o pulu bu sənətkara verin də! Mirələm Mirələmov oxuyanda adam özünü göyün yeddinci qatında hiss edir! Bizə isə ara müğənniləri yox, göyün yeddinci qatı lazımdır!

Emil Faiqoğlu